Fərdi Sığorta

konkret fiziki şəxslə fərdi qaydada bağlanan sığorta müqaviləsi.
Fərdi Sahibkarların Müflisləşməsi
Fərqlənmə Nişanı
OBASTAN VİKİ
Sığorta
Sığorta (ing. Insurance) – şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. İxtisaslaşdırılmış təşkilatlar – sığorta şirkətləri – tərəfindən sığorta etdirənlərin sığorta haqlarından (mükafatlarından) formalaşan, sığorta hadisəsi nəticəsində sığorta etdirənə dəyən zərərin ödənildiyi sığorta fondunun hesabına fiziki və hüquqi şəxslərin əmlak maraqlarının qorunması ilə bağlı olan münasibətlər sistemidir. Ümumilikdə sığorta istehsal münasibətlərinin mühüm elementlərindən biridir. Bu, istehsal prosesində maddi itkilərin ödənilməsi ilə əlaqədardır və normal, fasiləsiz və müntəzəm təkrar istehsalın əsas şərtlərindən hesab edilir. Sığorta xidmətləri sığorta bazarlarında yayılır. Sığorta bazarı – pul münasibətlərinin xüsusi sferasıdır və burada alqı-satqı obyekti kimi spesifik xidmət – sığorta müdafiəsi, təklif və ona olan tələbatı formalaşdıran pul münasibətləri kimi çıxış edir. Sığorta könüllü və icbari formalarda həyata keçirilə bilər. Könüllü sığorta sığortaçı ilə sığortalı arasında müqavilə əsasında həyata keçirilir. Sığortanın aparılmasının ümumi şərtlərini və qaydalarını müəyyən edən könüllü sığorta qaydası sığortaçı tərəfindən müstəqil müəyyən olunur.
Fərdi Qurbanov
Fərdi bankçılıq
Fərdi bankçılıq — imkanlı şəxslər üçün müştərinin pulu ilə əməliyyatların həyata keçirilməsini, onun sərvətinin qorunmasını və artırılmasını nəzərdə tutan bank xidməti. İngilis dilli ölkələrdə bu, sərvətlərin idarə edilməsi, yəni özəl kapitalın idarə edilməsi kimi də tanınır. Çox vaxt özəl bankçılıq, investisiya və məsləhət xidmətlərini əhatə edir. Bank depozitləri müxtəlif yollarla gəlir gətirə bilər. Onlardan ən sadəsi kapital qoyulmadıqda və yalnız illik faiz toplamaqla artım əldə edildikdə “faizlə yaşamaq”dır. Başqa bir seçim fərdi proqram çərçivəsində müxtəlif aktivlərə investisiya qoymaqdır. Genişləndirilmiş xidmətlər üçün müxtəlif variantlar var və müştərinin bank hesabına xidmət göstərilməsi ilə bağlı xidmətlər dəsti hər bir müştəri üçün fərdi olaraq seçilir. PricewaterhouseCoopers (PWC) şirkətinin məlumatına görə, Rusiyanın özəl bank bazarının həcmi 10-12 milyard dolları ötməyib, rus zənginlərinin isə təxminən 300-400 milyard dollarlıq “pulsuz” pulları var idi.Merrill Lynch-ə görə, 44 “dollar” milyarder və 88 min dollarlıq milyonerlər. Eyni zamanda, PWC-nin məlumatına görə, varlı müştərilər Rusiya banklarında və idarəetmə şirkətlərində (MC) 10 000-dən çox olmayan hesab açıblar. Beləliklə, məlum olur ki, özəl bank xidmətləri bazarının potensial Rusiya müştərilərinin 10%-dən çoxu bank xidmətləri ilə əhatə olunmayıb.
Fərdi birlik
Şəxsi birlik, sərhədləri, qanunları və maraqları fərqli olaraq qalarkən eyni monarxa malik olan iki və ya daha çox dövlətin toplusudur. Həqiqi birlik, şəxsi birliyin əksinə, müəyyən dərəcədə bir-biri ilə əlaqəli olan təsisçi dövlətləri, məsələn, bəzi məhdud hökumət institutlarını bölüşdürməklə əhatə edərdi. Şəxsi birlikdən fərqli olaraq, federasiya və unitar dövlətdə bütün üzv dövlətləri əhatə edən mərkəzi (federal) hökumət mövcuddur və özünüidarəetmə dərəcəsi ikisini fərqləndirir. Şəxsi birlikdə hökmdarın irsi monarx olmasına ehtiyac yoxdur. Termini ilk dəfə alman hüquqşünası İohann Stefan Pütter 1760-cı ildə Elementa Iuris Publici Germanici (Alman Dövlət Qanununun Elementləri) kitabına daxil edərək istifadə etmişdir. Şəxsi birliklər bir neçə səbəbə görə yarana bilər, məsələn: Sülalə birliyi, miras və s. vasitəsilə. Məsələn, Əbu Tahir Yəzid ibn Məhəmməd 917-ci ildən Layzanşah olmağına baxmayaraq, öz əmisinəvəsi Əli ibn Heysəmin ölümü ilə həm də Şirvanşah olmuşdu. Fransalı X Lüdovik Fransanı atasından, Navarranı isə anasından miras aldı Dekolonizasiya vasitəsilə. Bəzi keçmiş koloniyalar müstəqil olduqdan sonra keçmiş müstəmləkəçi gücün monarxını özlərininki kimi saxlayırlar.
Fərdi istehsal
Fərdi istehsal - məhsulun müxtəlif çeşidlərdə fərdi (bir ədəd) hazırlanması ilə səciyyələnən istehsal növüdür. Fərdi istehsala böyük turbin, yayma dəzgahları, gəmi, unikal dəzgah, metallurji və dağ-mədən avadanlıqları, həmçinin təmir və sınaq zavodları daxildirlər. Kütləvi və seriyalı istehsaldan fərqli olaraq məhsulun hərəkəti üçün konkret vaxt qoyulmur, o sərbəst ritm daxilində hazırlanır. İş yerləri universal avadanlıqlarla təchiz olunur. Sifarişin yerinə yetirilməsi üçün fərdi texnoloji proseslər layihələndirilir. Sexlər arası avadnlıqlar qrupu göstərilməklə texnoloji marşrutlar işlənir.Texnoloji proses sexlərdə dəqiqləşdirilir. Məhsulun çeşidinin müxtəlifliyi və müərəkkəbliyi yüksək ixtisaslı işçilərin cəlb edilməsini tələb edir. Fərdi istehsal üçün təşkilati işlərin mərkəzləşsizdirlməsi səciyyəvidir. Xüsusi avadanlıqların və tərtibatların tətbiqi, tez-tez məhsulların dəyişilməsi əmək tutumunu və istesal tsiklini artırır. Hissələrin və düyümlərin normallaşdırlması və sinifləşdirilməsi, texnoloji proseslərin tipləşdirilməsi sayəsində burada seriyalı istehsalın bəzi elemntləri tətbiq oluna bilər.
Fərdi yetişkənlik
Fərdi yetişkənlik — orqanizmin çoxalmaya hazır olması. R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Əsğər Fərdi
Əsğər Fərdi – şair, yazıçı. İranın "Səhər" telekanalının əməkdaşı, Əsğər Fərdi 1963-cü il noyabrın 19-da Təbriz şəhərində dünyaya gəlmişdir. Uşaq ikən Təbrizdə Azərbaycanın böyük şairlərilə taniş olub onlardan ədəbi incəlikər və ədəbiyyat tarixi və klassiklərin əsərlərini öyrənmişdir. 11 yaşında Azərbaycanin milli şairi Mir Mehdi Etimad Natiqi, Abbas Bariz, Yəhya Şeyda, Cavad Azar, Ustad seyid Məhəmməd Hüseyn Şəhriyar və … kimi şairlər və Qulam hüseyn Saidi, Rza Bərahəni, Rəhim Rəyisniya, Qulamhüseyn Fə rnud kimi yazıçılarla yaxından tanış olmuşdur. Yeni üsul tahsil sistemini dəvam etməklə eyni zamanda dini mədrəsədə ərəb ədəbiyyatının müqəddimatı və fiqh elmi təhsilinidə sürdürmüşdür.[mənbə göstərin] O islam əlifbasını və Quran oxumasını anası Hmidə xanım Hicazi dən örənməyə başlayaraq digər müxtəlif elm sahələrində Təbrizdə və Tehranda yaşayan dövrü alimlərdən istifadə etmişdir. Xəttatlıq sənanətini mərhumlar Hacı mirzə Həsən və mirzə Hüseyn Heisinin yanında meşq etmeklə öyrənmişdir. Azərbaycan musiqisinin muğamlarını və guşələrini əli ağa Səlimidən və iran musiqi dəstgahları və guşələrini Ağa Qulamhüseyn Bəycəxani və Hacı Qulamrza Qeytançı dan öyrənmişdir.[mənbə göstərin] Mətnşünaslığı Mirzə Cəfər Sultan ul qurrai dən, Məntiq və Fəlsəfəni Mirzə Böyük ağa ədib ül üləma dan, klassik ərəb ədabiyatını Ustad seyid Həsən Qazi Təbatəbai dən, Qərb fəlsəfəsini Dr. əbdülkərim Suruş dan, Nəhc ül bəlağə – Mövlana Cəlaləddin Ruminin məsnvisini əllamə Şeyx Məhəmməd Tağı Cə`fəri dən, Muasir Iran – Rus – Fransa ədəbiyyat tarixini Yəhya Mirzə Aryənpurdan, Nizami Gəncəvi və Xaqani şirvaninin irsini Cavad ağa Azər dan, Azərbaycan folkloru və klassik ədəbiyyatını Yəhya Şeyda dan, Dilçiliyi (Linqvistika) Dr. Həmid Nıtqi den, muasir Fars dilli publisistikani Şems Aləhməd dən, Piyes və sennari yazmaq üsullarını Qulamhüseyn Saidi dən, Rejissorluğu möhsün Məxmlbaf dan, senedli film montajını Məhərrəm Zeynalzadə dən, Fransız dillinin müqəddimatını – Quran i kərim – Hafiz – Sə`di və badi` Qafiyə – Şeir incəlikləri və bir çox elmi və ədəbi məsələri Ustad Şəheiyar dan öyrenmişdir.[mənbə göstərin] Həmin yeni yetmə yaşlarında siyasi cərəyanlarla irtibata keçib dəfələrlə həbs edilmişdir. Uzun illər ictimai haqlardan məhrum yaşamışdır.
Fərdi kompüter
Fərdi kompüter, ingiliscə qısaltması ilə PC — ölçüsü, imkanları və qiyməti onu fərdi istifadə üçün mümkün edən çoxməqsədli mikrokompüter. Fərdi kompüter bir şəxsin istifadəsi üçün nəzərdə tutulmuş kompüterə deyilir. Fərdi kompüterlərin kompüter mütəxəssisi və ya texniki mütəxəssis tərəfindən deyil, birbaşa son istifadəçi tərəfindən idarə edilməsi nəzərdə tutulur. Böyük, bahalı minikompüterlərdən və meynfreymlərdən fərqli olaraq, eyni vaxtda bir çox insan üçün zamanın bölünməsi fərdi kompüterlərdə istifadə edilmir. İlk növbədə 1970-ci illərin sonu və 1980-ci illərdə "ev kompüteri" termini də istifadə edilmişdir. Fərdi kompüterlərin meydana gəlməsi və eyni zamanda Rəqəmsal İnqilab bütün ölkələrdə insanların həyatına əhəmiyyətli dərəcədə təsir etdi. 1960-cı illərdə institusional və ya korporativ kompüter sahibləri maşınlarla istənilən faydalı işi görmək üçün öz proqramlarını yazmalı olurdular. Fərdi kompüter istifadəçiləri öz proqramlarını inkişaf etdirə bilsələr də, adətən bu sistemlər kommersiya proqram təminatını, əksər hallarda mülkiyyətə aid olan havayı proqram təminatını (freeware), "çalışmağa hazır" və ya binar formatında təmin edilən pulsuz və açıq mənbəli proqram təminatını çalışdırır. Fərdi kompüterlər üçün proqram təminatı adətən aparat və ya əməliyyat sistemi istehsalçıları tərəfindən müstəqil olaraq hazırlanır. Son istifadəçi proqramlaşdırmasının hələ də mümkün olmasına baxmayaraq, əksər fərdi kompüter istifadəçiləri artıq öz proqramlarını yazmağa ehtiyac duymurlar.
Atəşgah sığorta
Atəşgah sığorta (tam adı:"Atəşgah" Sığorta Şirkəti Qapalı Səhmdar Cəmiyyəti) — Azərbaycanın sığorta və biznes bazarında fəaliyyət göstərən şirkətlərdən biri. 1996-cı ildə yaradılıb.
Ekoloji sığorta
Ekoloji sığorta sisteminin əsas göstəriciləri: sığorta riski, sığorta ödənişinin həcmi, sığorta haqqı, sığorta tarifləri və s. Son illərdə sığortanın yeni növü- ekoloji sığorta növü yaranmışdır. Belə sığorta ətraf mühitə, insanların sağlamlığına ziyan vuranların məsuliyyətini artırmağa xidmət edir. Müxtəlif müəssisələrin istehsal fəaliyyəti nəinki ətraf mühitə, eləcə də insan sağlamlığına ziyan vurur. Hazırda zərərli tullantıların atmosferə, su hövzələrinə və s. yerlərə atılması ilə üzləşmək olar. Bunun səbəbi müxtəlif ola bilər. məsələn, hal –hazırda istehsalatda tətbiq olunan texnoloji proseslərin əksəriyyəti köhnəlmiş və ağlasığmaz dərəcədə ətraf mühitə zərərli tullantılar buraxır. Bunlara misal olaraq neft sənayesini və kimya zavodlarını yada salmaq kifayətdir. Məlumdur ki, hazırda ekoloji baxımdan təmiz texnologiya, yeni təmizləyici qurğular işlənib hazırlanır, əhalisi sıx olan yaşayış məntəqələrindən zərərli məhsul istehsal edən müəssisələrin şəhərətrafı ərazilərə köçürülməsi və s.
Qarant Sığorta
Rəvan Sığorta
Sığorta bazarı
Sığorta bazarı — sığorta xidmətlərinin təklif olunduğu maliyyə bazarının bir hissəsi. Bu bazarda sığorta xidmətləri sığorta şirkətləri tərəfindən təklif olunur. Sığorta xidmətləri bazarı üçün vacib olan sığorta fəaliyyətinin dövlət tənzimlənməsidir ki, bu da icbari lisenziyalaşdırmanı, sığorta şirkətlərinin maliyyə sabitliyinin təmin edilməsinə nəzarəti nəzərdə tutur. Sığorta bazarının təşkilinin ən mühüm prinsiplərindən biri sığorta şirkətlərinin ədalətli rəqabətinin təmin edilməsidir. Rusiya Federasiyasında sığorta xidmətləri bazarında ədalətli rəqabət meyarlarını müəyyən edən "Rəqabətin qorunması haqqında" xüsusi qanun mövcuddur. Azərbaycan müstəqillik illərindən sonra, yerli sığorta bazarı formalaşmağa başladığı vaxtdan etibarən, cəmi 2 xarici kapitalla işləyən sığorta şirkəti daha uzun dövrdə bazarda fəaliyyət göstərmişdir. Onlardan biri 90-cı illərin sonunda Azərbaycan-Türkiyə müştərək müəssisəsi olaraq yaradılmışdır (Başak-İnam Sığorta Şirkəti) və sonradan bu şirkət müstəqil yerli şirkət kimi fəaliyyət göstərmişdir. 2017-ci ildə isə maliyyə vəziyyətinə əsaslanaraq, sığorta requlyatoru tərəfindən şirkətin lisenziyası ləğv edilmişdir. Xarici şirkət olaraq, yerli bazarda 2-ci ən uzun müddət fəaliyyət göstərən şirkət isə "AXA MBASK" şirkəti olmuşdur ki, bu da Fransaya məxsus qlobal "AXA" şirkətinin törəmə müəssisəsi olmuşdur. Bu şirkət ilk olaraq, yerli "MBASK" şirkətinin səhmlərinin 51%-ni alaraq fəaliyyətə başlamış, sonrakı illərdə şirkətin səhmləri 100% qlobal "AXA" şirkətinə satılmışdır.
Sığorta daxılı
Sığorta daxılı – hər hansı eyni sığorta növünü aparan sığortaçıların həmin sığorta növü üzrə maliyyə sabitliyinin təmin edilməsi məqsədilə sığorta müqavilələri üzrə iştirakçılarının birgə öhdəliyini nəzərdə tutan hüquqi şəxs olmayan birliyi
Sığorta müqaviləsi
Sığorta müqaviləsi (alm. Rückversicherungsvertrag‎) — müqavilə və protokol Pavel Şuvalov və Otto fon Bismark tərəfindən 1887, iyunun 18-də imzalanmışdı. Məlum Olduğu Kimi, Bismarkın başlıca məqsədlərindən biri Rusiya ilə ikitərəfli müqavilə imzalamaq, gələcəkdə Almaniya və Fransa arasında olacaq müharibədə Rusiyanın bitərəfliyinə nail olmaq idi. Lakin onun bir neçə dəfə bu istiqamətdə etdiyi təşəbbüslər uğur qazanmamışdı. 3 imperator ittifaqının müddətinin qurtarmasından istifadə edərək Bismark bu istiqamətdə yeni təşəbbüslə çıxış etdi. Çar 1887, apreldə danışıqlara razılıq verdi. Berlində Bismarkla Pavel Şuvalov arasında bağlanılacaq müqavilənin layihəsini Bismarka verdi. Layihənin birinci maddəsi qızğın müharibəyə səbəb oldu. Bu maddədə göstərilirdi ki, razılığa gəlmiş yüksək tərəflərdən biri III bir böyük dövlətlə müharibə vəziyyətində olarsa, digər təfər ona qarşı xeyirxah bitərəflik saxlayır. Bismark hər vasitə ilə çalışırdı ki, bu Avstriyaya yox, təkcə Fransaya aid edilisin.
Tibbi sığorta
Tibbi sığorta — sığorta siyasətində və ya qanunda göstərilən tibbi xidmətlərin hamısını və ya bir hissəsini ödəmək üçün ümumi bir fonda ödənilən töhfələr və ya vergilər hesabına tibbi xərclərin maliyyələşdirilməsi sistemidir. Tibbi sığortası gündəlik sağlamlıq müayinələri, mütəxəssis müraciətləri, stasionar və ambulator cərrahiyyə, xəstəlik və ya xəsarət kimi gözlənilməz hadisələr və dərman resept ilə əlaqəli, lakin bununla məhdudlaşmayan sağlamlıq xərclərini əvəz edir. Tibbi sığorta siyasəti fərdi şəxs tərəfindən ödənilən, Sosial Təminat vasitəsilə bir xidmət olaraq təqdim edilən və ya bir şirkət tərəfindən işçi müavinət paketinin bir hissəsi olaraq ticari olaraq təsnif edilir. Tibbi sığortanın bəzi növləri xəstəliyə (yəni, əlillik məzuniyyətinə) və ya valideyn məzuniyyətinə görə itirilmiş iş vaxtı üçün gəlir müavinətlərini də əhatə edə bilər. "Sığortalı" tibbi sığorta siyasətinin sahibi və ya tibbi sığortası olan şəxsdir. Tibbi sığortanın növündən asılı olaraq ya sığortalı xərcləri cibdən ödəyir və kompensasiya alır, ya da sığortaçı birbaşa provayderə ödəniş edir. Amerika Birləşmiş Ştatları kimi universal səhiyyə əhatəsi olmayan ölkələrdə tibbi sığorta ümumiyyətlə işəgötürənlərin müavinət paketlərinə daxil edilir. Amerikanın Tibbi Sığorta Assosiasiyasına görə, tibbi sığorta "xəstəlik və ya yaralanma nəticəsində verilən müavinətlərin ödənilməsini təmin edən əhatəetmə kimi təyin olunur. Buraya qəza, tibbi xərclər, əlillik və ya təsadüfən ölüm və s. sığorta daxildir" Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir.
Sığorta şirkəti
Sığorta şirkəti — sığorta fondunun tarixən müəyyən edilmiş sosial fəaliyyət forması, sığorta müqavilələrinin bağlanmasını və onların saxlanmasını həyata keçirən ayrıca strukturdur. Sığorta şirkətlərinin fəaliyyət sahəsi kommersiya sığortasıdır, sığortanı həyata keçirmək üçün sığorta şirkətinə dövlət sığorta nəzarəti orqanından lisenziya lazımdır. Sığorta İnformasiya İnstitutunun məlumatına görə, aşağıdakı sığorta şirkətləri 2013-cü ildə mükafatların toplanması baxımından dünyanın ən böyük şirkətləri olub: Sığorta şirkətləri adətən qarşılıqlı və ya özəl şirkətlər kimi təsnif edilir. Qarşılıqlı şirkətlər sığortalılara, səhmdarlar isə (polislərə sahib ola və ya olmaya bilər) özəl sığorta şirkətlərinə məxsusdur. Qarşılıqlı sığortaçıların səhmdar cəmiyyətləri yaratmaq üçün demutuallaşdırılması, eləcə də qarşılıqlı holdinq şirkəti kimi tanınan hibridin formalaşması XX əsrin sonlarında ABŞ kimi bəzi ölkələrdə adi hala çevrilib. Bununla belə, bütün dövlətlər qarşılıqlı holdinq şirkətlərinə icazə vermir. Təkrarsığorta şirkətləri digər sığorta şirkətlərinə sığorta polisləri təqdim edən sığorta şirkətləridir ki, bu da onlara öz risklərini azaltmağa və əhəmiyyətli itkilərdən qorunmağa imkan verir. Təkrarsığorta bazarında böyük ehtiyatlara malik bir neçə iri şirkət üstünlük təşkil edir. Təkrarsığortaçı həmçinin sığorta risklərinin birbaşa təkrarsığortaçısı ola bilər. Keptiv sığorta şirkətləri, əsas qrup və ya qrupların yaratdığı riskləri maliyyələşdirmək üçün xüsusi məqsədlə yaradılmış məhdud təyinatlı sığorta şirkətləri kimi müəyyən edilə bilər.
Azərbaycanda sığorta
1917-ci il inqilabına qədər Rusiya imperiyasının tərkibində olan Azərbaycanda bir çox dövlətlərin – Rusiya, Almaniya, İngiltərə və başqa dövlətlərin sığorta cəmiyyətləri var idi. 1918-ci ilin 28 may tarixində Şərqdə ilk olaraq Azərbaycan Xalq Cumhuriyyəti yaradıldı. Lakin 1920-ci il 29 aprelində XI Qırmızı Rus Bolşevik Ordusu tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti işğal olundu. Demokratik Respublika devrildi. Azərbaycan Sovet Sosialist Respublikası Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası tərkibində elan olundu və SSRİ-nin tərkibinə 1920-ci ildə daxil edildi. Dövlət sektorunda müəssisələrin maliyyə və əmlakının mühafizəsi məqsədilə 1921-ci ildə Moskvada SSRİ-i Maliyyə Xalq komisarları tərkibində Dövlət Sığorta İdarə edilməsi yaradilmışdır. Dövlət Sığorta sisteminin yaradilması böyük şəbəkə filiallarının və bütün SSRİ ərazisində nümayəndəliklər qurulması nəzərdə tutuldu. 1921-ci il 21 oktyabrda Azərbaycan Sovet Sosialist Respublikasında yerli Dövlət Sığorta İdarəsi yaradıldı. Bütün SSRİ Dövlət Sığorta İdarələri böyük şəhərlərdə və respublikanın rayonlarında, regionlarda, vilayətlərdə geniş filiallar şəbəkəsinə malik oldular. Azərbaycan SSR-ın Dövlət Sığorta İdarəsi Bakı şəhəri üzrə 11 filiala, şəhər və rayonlarında isə 80 filialdan ibarət təşkil edilmişdir.
Sığorta siyasəti
Sığorta siyasəti və ya sığorta polisi (ing. insurance policy, fr. police, it. polizza — çek, qəbz) — bir qayda olaraq sığorta şirkəti (sığortaçı) tərəfindən sığortalıya (sığorta olunana) verilən sığorta müqaviləsinin bağlanmasını təsdiq edən şəxsi sənəd. Sığorta polisində həmçinin sığorta münasibətlərinin subyektləri və sığorta müqaviləsinin əsas şərtləri, məsələn, sığortanın növü, obyekti, başlanğıcı və sonu, sığorta məbləğinin məbləği, sığorta müqaviləsi haqqında sığortalı, sığortaçı və digər şərtlər. Polis müqavilə bağlandıqdan və sığorta haqqı ödənildikdən sonra sığortalıya verilir. Siyasətdə həmçinin mövcud sığorta qaydalarına istinad olmalıdır. Sığorta siyasəti qiymətli kağızlara şamil edilmir. Dəniz sığortası polislərində memorandum sığortaçının heç bir riski öz üzərinə götürmədiyi təhlükələrin hesablanmasıdır. Sığorta polisində adətən aşağıdakılar olmalıdır: Sənədin adı; sığortaçının adı, hüquqi ünvanı və bank rekvizitləri; sığortalının tam adı və ya soyadı, adı, atasının adı və ünvanı; sığorta obyektinin göstərilməsi; sığorta məbləğinin məbləği; sığorta riskinin göstəricisi; sığorta haqqının (bağışlarının) məbləği, onun ödənilməsi şərtləri və qaydası; sığorta müqaviləsinin qüvvədə olma müddəti, sığorta müqaviləsinin dəyişdirilməsi və ləğv edilməsi qaydası; tərəflərin razılığı ilə digər şərtlər, o cümlədən sığorta qaydalarına əlavələr və ya istisnalar; tərəflərin imzaları.
Fərdi cib kompüteri
PDA — (ing. Personal Digital Assistant, PDA — "fərdi cib kompüteri") —geniş funksional imkanlara malik olan portativ hesablama qurğusudur. Əvvəlcə PDA orqanayzer kimi istifadə üçün nəzərdə tutulmuşdur. Klassik PDA-da zəng etmək xidməti yoxdur. Buna görə də hal-hazırda klassik PDA-lar mobil rabitə funksiyası olan smartfonarla əvəz olunmuşdur. İngilis dilində "cib kompüteri" söz birləşməsi (Pocket PC) Microsoft firmasının ticarət markasıdır, yəni yalnız PDA növlərindən birinə aiddir, amma qurğuların bütün sinfini ifadə etmir. İngilis dilində bu tip qurğuların bütün sinfi üçün PDA abreviaturu istifadə olunur. PDA ixitirasının dəqiq tarixi məlum deyil. Ancaq onu demək olar ki, cib kompüterləri ideyası 1970–1990-cı illərdə meydana gəlmişdir. ilk illərdə yalnız proqramlaşdırılan kalkulyatorlardan ibarət olan PDA daha sonralar videoya baxmağa və internetə girməyə imkan verən rəngli PDA qurğuları ilə əvəz olunmuşdur.
ASC Rəvan Sığorta
Sığorta müqaviləsi (1887)
Sığorta müqaviləsi (alm. Rückversicherungsvertrag‎) — müqavilə və protokol Pavel Şuvalov və Otto fon Bismark tərəfindən 1887, iyunun 18-də imzalanmışdı. Məlum Olduğu Kimi, Bismarkın başlıca məqsədlərindən biri Rusiya ilə ikitərəfli müqavilə imzalamaq, gələcəkdə Almaniya və Fransa arasında olacaq müharibədə Rusiyanın bitərəfliyinə nail olmaq idi. Lakin onun bir neçə dəfə bu istiqamətdə etdiyi təşəbbüslər uğur qazanmamışdı. 3 imperator ittifaqının müddətinin qurtarmasından istifadə edərək Bismark bu istiqamətdə yeni təşəbbüslə çıxış etdi. Çar 1887, apreldə danışıqlara razılıq verdi. Berlində Bismarkla Pavel Şuvalov arasında bağlanılacaq müqavilənin layihəsini Bismarka verdi. Layihənin birinci maddəsi qızğın müharibəyə səbəb oldu. Bu maddədə göstərilirdi ki, razılığa gəlmiş yüksək tərəflərdən biri III bir böyük dövlətlə müharibə vəziyyətində olarsa, digər təfər ona qarşı xeyirxah bitərəflik saxlayır. Bismark hər vasitə ilə çalışırdı ki, bu Avstriyaya yox, təkcə Fransaya aid edilisin.
Qarant Sığorta Agenti MMC
Vakıfbank Günəş Sığorta İstanbul
VakıfBank QVK — 1986-cı ildə qurulan və İstanbulda fəaliyyət göstərən peşəkar voleybol komandasıdır. 1986-da qurulan "Vakıfbank" ilk öncə Ankara şəhərini təmsil edirdi. 2000-ci ildə "Güneş Sigorta SK" ilə birləşən komanda "Vakıfbank Güneş Sigorta SK" adını aldı və komanda Ankaradan İstanbula köçdü Gücünə güc qatmaq istəyən vakıfbanklılar 2009-cu ildə Türk Telekomla birləşərək Vakıfbank Günəş Sığorta Türk Telekom, daha sonra isə Vakıfbank Günəş Sığorta adını aldı. Klub 2004-cü ildə Avropa Top Komandalar kubokunu qazanaraq ilk Avropa kubokuna yiyələndi. 2011-ci ildə CEV Çempionlar Liqasını məğlubiyyətsiz qapadan komanda tarixdə ilkə imza atdı. Finalda Rabitəyə qalib gələn komanda Türkiyə voleyboluna bu turnirdə ilk qızılı gətirdi. 2013-cü ildə Acıbadem Voleybol 1.liqasını finalda Eczacıbaşı Vitrayı məğlub edərək qazandı. Həmin il eyni rəqibi həm Türkiyə kubokunda həm də, superkubokunda yenərək bütün dünyada diqqəti üzərinə çəkdi.Ancaq bu da türklərə bəs etmədi. Avropadakı uğuru sayəsində dünya çempionatına çıxan komanda bu turnirdə də finalda Braziliya təmsilçisi Osaskuyu yenərək çempionluq yaşadı. Ancaq "Kubok canavarı"na bu da bəs etmədi və 2013-cü ilin martında CEV Qadınlar Çempionlar Liqasında finalda yenə də Azərbaycan təmsilçisi Rabitəni məğlub edərək ikinci dəfə bu turnirdə çempionluq yaşadı.
Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı
Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (ing. Individual Partnership Action Plans; IPAP) — NATO ilə müxtəlif ölkələr arasında hazırlanmış, hər iki tərəf arasında dialoq və əməkdaşlıq üçün kommunikasiyanın məqsədlərini və çərçivəsini müəyyən edən planlar. NATO FTüƏP təşəbbüsünü 2002-ci ildə Praqa Sammitində irəli sürmüşdür. Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı aşağıdakı ölkələrdə tətbiq olunur: Gürcüstan (29 oktyabr 2004) Azərbaycan (27 may 2005) Ermənistan (16 dekabr 2005) Qazaxıstan (31 yanvar 2006) Moldova (19 may 2006) Bosniya və Herseqovina (10 sentyabr 2008) Serbiya (15 yanvar 2015) Azərbaycan, Ermənistan, Moldova, Qazaxıstan və Serbiya hazırda NATO-ya üzv olmaq niyyətində olmadıqlarını bildirsələr də, onların hamısı NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramında iştirak edirlər. Gürcüstan və Ukrayna hazırda NATO-ya üzvlük üçün intensivləşdirilmiş dialoqdan keçir, Bosniya və Herseqovinanın isə Üzvlük Fəaliyyət Planı var və NATO-ya daxil olmaq üçün fəal çalışır.